Bütün kateqoriyalar

Ümumi qaydalar

ÜMUMİ QAYDALAR

Arabam.az saytında elan yerləşdirilməsi bu İstifadəçi razılaşması(bundan sonra - Razılaşma) ilə tənzimlənir. Saytda təsbit edilmiş Qaydaların pozulması və ya reklam üzrə istifadəçilərin çoxsaylı şikayətləri elanın və eyni zamanda onların sahiblərinin qeydiyyat hesablarının bloklanması ilə nəticələnə bilər. Nəzərdə saxlayın ki, bütün elanlar əlavə xidmətlərin (Premium və digər) onlara tətbiq edilib-edilməməsindən asılı olmayaraq qaydalara uyğun olmalıdır. Qaydaların pozulması halında hətta ödəniş olunmuş elanlar da blok oluna və ya silinə bilər. Ticarət platformasının bütün istifadəçiləri üçün bərabər şəraitin təmin edilməsi məqsədilə hər kəs elan yerləşdirməzdən əvvəl Arabam.az saytının qaydaları ilə tanış olub ona riayət etməlidir.

1. Elanların yerləşdirilməsi

1.1.  Elanın yerləşdirilməsi pulsuzdur və müddəti 30 gündür.

1.2. Təkrar elanın dərc olunmasından sonra əvvəlki elan silinir.

1.3. Saytda olan elanda NV haqqında məlumatları və şəkilləri başqa NV-ə aid məlumatlara və şəkillərə dəyişmək qadağandır.

1.4. Saytda eyni zamanda eyni NV ayrı-ayrı elanlarda aşkar olunarsa,  elanın biri silinir.

1.5. İstənilən elanın bərpası pulsuzdur.

1.6. Hər hansı bir ödənişli xidmət elanı xidmətin tətbiq olunma müddətinə bərpa edir və elanın müddətini uzadır.

2. Şəkillər

2.1. Elanda şəkillərin maksimal sayı 21-dir. Elanda minimum üç şəkil olmalıdır: NV ön hissəsi, arxa hissəsi və salonunun tam ön hissəsi.

2.2. Şəkillərin minimal ölçüsü 1024x768 pikseldir.

2.3. Şəkillər keyfiyyətli olmalıdır.

2.4. Qaranlıqda çəkilmiş şəkillər ancaq NV süni şəkildə kifayət qədər işıqlandırıldıqda qəbul edilir.

2.5. “Skrinşot” şəkilləri dərc olunmur. Çərçivədə olan, və ya ağ/qara xətlərlə olan şəkillər dərc olunmur.

2.6. Nəqliyyat vasitəsi Azərbaycan Respublikası ərazisində çəkilməlidir.

2.7. Şəkillərdə arabam.az loqotipi və ya hər hansı başqa bir loqotip olmamalıdır.

2.8. Şəkillərdəki üfüq xətti şəklin aşağı/yuxarı xəttlərinə tam paralel olmalıdır.

2.9. Şəkillərdə reklam xarakteri daşıyan məlumat olmamalıdır.

2.10. Şəkillərdə əlaqə vasitələri göstərilməməlidir.

2.11. Avtosalonda çəkilmiş şəkillər ancaq həmin avtosalonun adından yerləşdirilə bilər.

2.12. Avtosalon adından yerləşdirilən elanlarda NV-nin avtosalonun içərisində və ya düz qabağında çəkilmiş şəkillər olmalıdır.

2.13. Yad şəxslərin NV şəkillərinin və ya internetdən götürülən şəkillərin yerləşdirilməsi qadağandır!

2.14. Şəkildə avtomobilin rəngi aydın görünməlidir.

2.15. Şəkillərdə avtomobil hazırki vəziyyətində olduğu kimi göstərilməlidir.

2.16. Qəza vəziyyətində olan NV-nin elanının yerləşdirilməsi qadağandır.

3. Qiymət

3.1. NV-nin tam qiyməti qeyd olunmalıdır. Əgər NV kreditdədirsə, kredit şərtləri elanın təsvirində qeyd olunmalıdır. ilkin ödəniş məbləğini “Qiymət” xanasında qeyd etmək qadağandır.

4. Təsvir

4.1. Təsvirdə olan məlumatda təhqiramiz ifadə və reklam xarakterli məlumat olmamalıdır.

4.2. Mobil nömrə və ya digər əlaqə məlumatını daxil etmək qadağandır.

4.3. Təsvirdə yazılan məlumat xanada qeyd olunan məlumata uyğun olmalıdır.

4.4. “Təsvir” bölməsini boş saxlamaq qadağandır. Burada NV haqqında 2-3 cümlə yazın.

 

5. Şəxsi məlumatlar

5.1. Şəxsi əlaqə vasitələri düzgün qeyd olunmalıdır: Fiziki şəxs və ya Şirkət, ad,soyad,ata adı, telefon nömrəsi, elektron poçt ünvanı, şifrə, şəhər, qısa ad ( Səhifənizi daha rahat və yaddaqalan etmək üçün qısa bir URL təmin edin).

5.2. Elanda hər hansı dəyişiklik olunan zaman sizin elektron ünvanınıza bildiriş göndəriləcəkdir.

5.3. İstifadəçi şəxsi məlumatların düzgünlüyünə, yerləşdirdiyi elanın dəqiqliyinə, tamlığına, onun Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğunluğuna, elanda yerləşdirilən məlumatların üçüncü şəxslərin hüquqlarını pozmamasına və onların iddialarından azad olmasına görə məsuliyyət daşıyır.

6. Elanın düzəliş edilməsi

6.1. Elanda düzəliş etmək üçün elana daxil olun və “Redaktə et” düyməsini basın. Dərc olunmamış elanlarda düzəliş etmək mümkün deyil.

6.2. Bir gün ərzində yalnız iki dəfə dəyişiklik etmək mümkündür.

6.3. Əlaqə məlumatları ilə bağlı heç bir dəyişiklik həyata keçirilmir.

6.4. Düzəliş edilmiş elan qaydalara uyğun deyilsə, düzəliş qəbul olunmur.

6.5. Düzəlişdən sonra elan moderator tərəfindən yoxlamadan keçir.

6.6. Elanlarda şərhlər silinmir.

6.7 Elanlarda şərhlərin qeyd edilməsini dayandırma üçün , <Ümumi ayarlar> bölməsinə daxil olaraq  butonu deaktiv etmək mümkündür.

7. Qara siyahı

7.1. Operatora və ya moderatora qarşı hörmətsizlik edən istifadəçinin əlaqə vasitələri blok olunur və o, arabam.az  saytında elan yerləşdirə bilməz!

7.2. Elanda qiyməti fərqli qeyd edib sonradan isə telefonda digər qiymət söyləyən, başqa NV-nin şəkillərini yerləşdirən və ya hər hansı digər qaydaları pozan istifadəçi qara siyahıya düşür və arabam.az  saytında daha elan yerləşdirə bilməz!

7.3. “Təkrar elan” xidmətinin qaydalarını pozduğu halda istifadəçiyə birinci dəfə xəbərdarlıq edilir, yenidən qaydaları pozarsa, qara siyahıya düşür.

7.4. Fiziki şəxs (adi istifadəçi) tərəfindən yerləşdirilmiş nəqliyyat vasitəsi elanlarının avtosalon (şirkət) tərəfindən satılması halları aşkar olunduqda, elan silinəcək və istifadəçinin əlaqə vasitələri qara siyahıya əlavə olunacaq. Bu halda ödənilən pul geri qaytarılmır.

7.5. Əlaqə vasitələrinin qara siyahıdan çıxarılması mümkün deyil.

7.6. Üçüncü şəxsin əlaqə vasitələri qeyd edildikdə və həmin səxs şikayət etdikdə əlaqə vasitələri qara siyahıya düşür.

8. Avtosalonlar və ticarət fəaliyyəti ilə məşğul olan digər şəxslər

8.1. Əgər istifadəçinin ticarət fəaliyyəti ilə məşğul olduğu aşkarlanarsa, onun şəxsi hesabı ticarət fəaliyyəti ilə məşğul olan şəxslər üçün nəzərdə tutulmuş avto salonlar  bölməsinə keçiriləcək.

8.2. Bütün yuxarıda qeyd olunan qaydalar avtosalonlara və ticarət fəaliyyəti ilə məşğul olan digər şəxslərə də aiddir.

8.3. Avtosalonlar və ticarət fəaliyyəti ilə məşğul olan digər şəxslər üçün hər elanın qiyməti pulsuzdur.

8.4. Elanın bərpası pulsuzdur.

8.5. Avtosalon adından elan yerləşdirmək üçün  paketlərdən biri əldə olunmalıdır. Hər paketin müəyyən elan sayı (limiti) mövcuddur. Paket bir ay ərzində aktivdir.

8.6. Avtosalon adından yerləşdirilmiş elanın bərpası üçün ödənişli elanların balansından istifadə olunması mümkündür.

8.7. Arabam.az saytının administrasiyası saytın qaydalarının bilərəkdən pozulması halları zamanı müqaviləni ləğv etmək hüququnu özündə saxlayır. Bu halda ödənilən pul geri qaytarılmır.

9. Texniki dəstək xidməti

9.1. Texniki dəstəyin telefonları Bazar ertəsi – Cümə saat 09:00-dan 18:00-a qədər, Şənbə 10:00-dan 15:00-a qədər işləyir.

9.2. Texniki dəstəyə müraciət etdikdə mütləq elan nömrəsi qeyd olunmalıdır. Elanın nömrəsi elan yerləşdirilən zaman elektron ünvanınıza göndərilir.

Qayda pozuntularına yol verilibsə, hətta haqqı ödənilmiş elanlar da ləğv edilə bilər.

Əgər xidmət artıq göstərilibsə, ödənişli xidmətlərə görə ödənilmiş haqq geri ÖDƏNİLMİR. Həmçinin, xidmətin göstərilməsinin başlama vaxtı daha sonraya/əvvələ dəyişdirilə, xidmət başqa elana keçirilə bilməz.

Hər bir dərc olunmamış elana görə istifadəçinin elanı dərc edərkən göstərdiyi e-mail ünvanına elanın silinməsinin səbəbini izah edən avtomatik servis bildirişi (mesajı) göndərilir.

Menü
Qeydiyyatdan keçin

300 ₼ bonus qazanın!

Qeydiyyatdan keçin

Bu sayt daha yaxşı istifadəçi təcrübəsi təmin etmək üçün kukilərdən istifadə edir. Saytdan istifadəni davam etdirməklə siz bununla razılaşırsınız. Ətraflı məlumatı üçün Kuki siyasəti

Aydındır
Hərrac bitdi
dəqiqə
saniyə
Seçildi
Əlavə et
Hərrac bitdi
Parametrələri gizlət
Bütün parametrələr
Səhifəni silmək istədiyinizə əminsiniz?